İraqdan tarixi qərar — ABŞ əsgərlərindən ölkəni tərk etmələri tələb olundu

DÜNYA 23 iyul 2024, 18:37
İraq hökuməti ABŞ-ın rəhbərlik etdiyi hərbi qüvvələrin sentyabr ayından etibarən ölkəni tərk etməsini və 2025-ci ilin sentyabrına qədər koalisiyanın vəzifələrinin rəsmi olaraq dayandırılmasını istəyib. 

Demokrat.az xəbər verir ki, mövzuyla əlaqədar məlumat verən İraq və ABŞ səlahiyyətliləri, ABŞ qüvvələrinin bəzilərinin yeni müzakirə edilən məsləhət və yardım missiyası çərçivəsində qala biləcəyini ifadə edib. 

İraq mənbələri və ABŞ rəsmilərinin bildirdiyinə görə, İraqın tələbi bu həftə Vaşinqtonda keçiriləcək təhlükəsizlik sammitində ABŞ rəsmiləri ilə müzakirə olunacaq. 

Koalisiyanın çıxması ilə bağlı heç bir rəsmi razılaşma və ya cədvəl yoxdur.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top