Şəmkir rayonunda 1995-ci il təvəllüdlü Adil iş yoldaşı Əsədə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 11-də Şəmkir rayonunun Aşağı Seyfəli kəndində baş verib.
Adil həmin kənddə yerləşən yarımtikilinin içərisində tanışı Əsədlə şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı vuraraq ona xəsarət yetirib.
Hadisəni törədən Adilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş Əsəd onun uzaqdan qohumudur və normal münasibətləri var:
“Yanvarın 11-də, saat 21 radələrində fəhlə kimi işlədiyim Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən yarımtikilinin içərisində olarkən zərərçəkmiş və Vüqar adlı tanışlarımız ilə birlikdə yemək yedik. Həmin vaxt Əsəd spirtli içki də qəbul etdi və sərxoş olması səbəbindən nalayiq ifadələr işlətdi. Həmçinin, yemək yediyi zaman Əsəd boşqabın ona məxsus olmasını bildirdi və söyüş söydü. Mən Əsədə söyüş söyməməsini bildirsəm də, Əsəd qanunsuz hərəkətlərinə davam etdi. Nəticədə aramızda mübahisə yarandı. Mübahisə əsnasında əsəbiləşərək əlim ilə Əsədin üz nahiyəsinə şillə vurdum”.
İş üzrə zərərçəkmiş Əsədin sözlərinə görə, yanvarın 11-də, saat 21 radələrində fəhlə kimi işlədiyi Aşağı Seyfəli kəndində yerləşən yarımtikilinin içərisində Adil və digər fəhlə tanışlarımızla birlikdə yemək yeyən zaman Adilin boşqabımda yemək yeməsini gördüm. Bu səbəbdən ona iradımı bildirdim. Buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı sərxoş olduğum üçün Adili söydüm. Adil də üzərimə gələrək boşqabla başımdan vurdu. Sonradan döyülməyim barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdim”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Adilin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az