“Karib dənizinin quldurları”nın aktyoru köpək balığının hücumu nəticəsində öldü

DÜNYA 24 iyun 2024, 12:28
“Karib dənizinin quldurları” filmində rol almış dünya şöhrətli peşəkar sörfinq əfsanəsi Tamayo Perri Oahu ştatının Malaekahana çimərliyində köpək balıqlarının hücumuna məruz qalıb. 

Demokrat.az xəbər verir ki, xilasetmə qrupları tərəfindən bir ayağı və qolları kəsilmiş vəziyyətdə tapılan 49 yaşlı Perrini xilas etmək mümkün olmayıb.

Perrinin birdən çox köpəkbalığının hücumuna məruz qaldığı bildirilib. 

Okean Təhlükəsizliyi rəsmiləri hücumdan sonra ərazidə köpəkbalığı xəbərdarlığı edib.


Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top