Norveçdən rusiyalılara qarşı sərt QƏRAR

DÜNYA 23 may 2024, 20:58
Norveç Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi ilə əlaqədar Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətləri daha da sərtləşdirmək qərarına gəlib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə naziri Emili Enger Mehl açıqlama verib.

O bildirib ki, Ukraynaya edilən hücumlar səbəbilə Rusiya vətəndaşlarının ölkəyə girişi üçün viza proseduru sərtləşdiriləcək:

“Qərar çərçivəsində Norveçə turizm və ya prioritet olmayan səbəblərlə səyahət etmək istəyənlərin sərhədi keçməsinə icazə verilməyəcək. 

Ancaq yaxın ailəsi bu ölkədə yaşayan, Norveç və ya Şengen üzvü ölkələrdə təhsil alan tələbələrə bu qərar aid olunmayacaq”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top