Lənkəranda 1979-cu il təvəllüdlü Yaqub şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı bacanağı Rakifə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin avqustun 2-də Lənkəran rayonunun Osaküçə kəndində baş verib.
Yaqub kənd orta məktəbinin yaxınlığında Rakifi döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Yaqubun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yaqub ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Lənkəran rayon Osaküşə kəndində ailə üzvləri ilə birlikdə yaşayır: “Osaküçə kəndində meşəbəyi işləyirəm. Hadisə günü, saat təqribən axşam 21 radələrində Osaküçədə yerləşən kafenin qarşısında olarkən Rakif mənə zəng etdi, görüşmək istədiyini bildirdi. Biz Osaküçə kənd məktəbinin qarşısında görüşdük. Rakif məndən onun əmisi ilə bir neçə gün əvvəl niyə mübahisə etməyimi, o cümlədən onu söyməyimin səbəbini soruşdu, mənə irad bildirdi. Rakifin mənə irad bildirməsindən qəzəbləndim. Rakifin sol gözünə yumruq zərbəsi vurdum”.
İş üzrə zərərçəkmiş Rakifin sözlərinə görə, avqustun 2-də, saat 21 radələrində Lənkəran rayonunun Osaküçə kəndində, Osaküçə kənd orta məktəbinin yaxınlığında bacanağı Yaqub ilə söhbət zamanı sonuncu onu vurub. Deyib ki, məlum hadisəədən bir neçə gün əvvəl Yaqub onun əmisi ilə mübahisə edib, bu zaman ona irad bildirib.
Bu cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasının, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Yaqubun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az