Azərbaycanlı tanınmış şəxs ağır qəza keçirdiyi maşının içindən belə çıxarıldı — VİDEO

HADİSƏ 27 dek 2022, 11:53
Dekabrın 10-da Yevlaxda Tanrıqulular kəndində "Opel" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində ağır qəza barədə məlumat vermişdik. Bir nəfərin öldüyü (Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib), beş nəfərin isə müxtılif dərəcəli xəsarətlər alaraq xəstəxanalara yerlə.dirildiyi həmin qəzadakı avtomobillərdən birinin görüntüsü yayılıb. 

Demokrat.az
Milli.az-a istinadən qəzadan bir neçə dəqiqə sonra yaralıların xurd-xəşil vəziyyətdə olan avtomobilin içərisindən xilas anını əks etdirən görüntüləri əldə edib.

Xəsarət alanlar futbol üzrə Azərbaycan Birinci Divizionunun 14-cü turu çərçivəsində həmin tarixdə keçirilmiş "Mingəçevir" - "Qaradağ Lökbatan" oyununa təyinat almış hakimlər və hakim-inspektordur. Belə ki, "Qaradağ Lökbatan"ın 2:0 qalib gəldiyi oyunda Rövşən Rəcəbov baş hakim olubsa, Elmin Süleymanov və Asif Abdullayev yan xətt hakimi, Rəsul Babayev isə dördüncü hakim kimi fəaliyyət göstərib. Vaxtı ilə APL-də hakimliyi ilə tanınan Ceyhun Haşımov isə bu matçın hakim-inspektoru olub. Hadisə onlar oyundan sonra Bakıya qayıdarkən baş verib.

Yaralılar bu avtomobilin içərisindən çıxarılıb

Qeyd edək ki, xəsarət alanlar Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Elmin Vilayət oğlu Süleymanov, 1984-cü il təvəllüdlü Babayev Rəsul Sərvan oğlu, 1974-cü il təvəllüdlü Haşımov Ceyhun Səfər oğlu, 1999-cu il təvəllüdlü Abdullayev Asif Abdulla oğlu və 1984-cü il təvəllüdlü Rəcəbov Rövşən Kərim oğlu dərhal əraziyə çağırılan təcili yardım maşınları vasitəsilə xəstəxanaya yerləşdiriliblər.

Həmin kadrları təqdim edirik:


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top