Xarkov metrosu gələn həftə, mayın 24-dən sərnişindaşımalarını bərpa edəcək.
Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Xarkov meri İqor Terekov məlumat verib.
Onun sözlərinə görə, şəhər rəhbərliyi metro rəhbərliyi, hərbçilər və hüquq-mühafizə orqanları ilə birlikdə sərnişinlərin təhlükəsizliyi üçün lazım olan hər şeyi edəcək.
"Artıq gecikdirə bilmərik - metronu işə salmalıyıq. Mənim vəzifəm şəhəri nəqliyyatla təmin etmək və iqtisadiyyatı yenidən başlamaqdır. İnsanlar işə getməlidir. Vergilər, pensiyalar, maaşlar və nəhayət, yeni mikrorayonların tikintisi... ", - Terekhov vurğulayıb.
Mer Rusiya ordusunun şəhərdəki mənzil fondunun 30%-ni məhv etdiyini də bildirib. O qeyd edib ki, bundan dərs alınacaq: yeni binalar, məktəblər, uşaq bağçaları tikəndə mütləq bomba sığınacaqları nəzərdə tutulacaq.
Leyla
Demokrat.az