Üzeyir Cəfərov: “Siz azərbaycanlısınız, ya bu xalqa düşmən olan digər millətlərin nümayəndələri?”

GÜNDƏM 27 yan 2022, 18:02
"Əziz və dəyərli ehtiyatda və istefada olan hərbiçi dostlar!

Bizim pensiya və təqaüdlərimizlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bizim dəyərli hüquqşünas zabit dostumuz İlqar Allahverdiyevə elektron qaydada cavab verilib. Mən burada o uzun və bir qədər də şablon cavabı səsləndirib sizləri yormaq istəmirəm. Sözüm ƏƏSMN-nin savadsız və bivec rəhbərliyinə və onların yalançı, təxribatçı və hərbidən bixəbər olan  Fazil Talıblı və digər vəzifəli şəxslərinədir".


Bunu hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Onun fikirlərini olduğu kimi təqdim edirik:

"Bəs nə oldu ay yalançı təxribatçılar? Deyirdiniz ki, guya siz nazirlik olaraq heç yana müraciət etməmisiniz hərbi qulluqçuların pensiya işi ilə əlaqədar? Hörmətli zabit dostlarımızdan birinin haqlı olaraq yazdığı kimi "oturduqları yerdə" Konstutusiya Məhkəməsi 15 may 2020-ci il tarixli qərarını verərək "Əmək pensiyaları haqqında" Qanuna nədən dəyişiklik etdi? Kimin hansı yeri və ən əsası nəyə görə "qaşındı" ki, gedib KM Pleniumuna yazılı müraciət etdi?..

Ay uşaq, ay ordunun nə olduğunu anlamayan adı nazirlik olub, fəaliyyəti insanları hakimiyyətədən və dövlətdən açıq şəkildə narazı salmaq olan qurumun nümayəndələri? Sizin ümumiyyətlə məqsədiniz və məramınız nədir? Siz başa düşürsünüzmü ki, yaxın illərdə sizin bu axmaq və yersiz hərəkətləriniz və addımlarınız Azərbaycan adlı dövləti və onun Silahlı Qüvvələrini, ordusunu çox böyük problemlərlə, çətinliklərlə üz-üzə qoyacaq?! Siz azərbaycanlısınız, ya bu xalqa düşmən olan digər millətlərin nümayəndələri? Siz elə düşünməyin ki, biz o 5-10 manatın davasını edirik. Biz sizin kimi maddiyata bağlı olsaydıq, vallah indi hərəmiz bir böyük biznes və mal-mülkün sahibləriydik. Buna bizim bacarığımız da, qabiliyyətimiz də, ən əsası fiziki və mənəvi imkanlarımız da imkan verir. Ay YAZIQLAR!!! Ay pul hərisləri! Siz çox cılız və düşmən yanaşmanız ilə Azərbaycan adlı dövləti çox pis vəziyyətə qoyursunuz. AYILIN. Ordunun, Silahlı Qüvvələrin haqqına girməyin. Bu  çox yanlış və zərərli yoldur. 

Çox yazıb, insanların onsuz da korlanmış əsəblərini daha da korlamaq istəmirəm. Amma, inanın ki, bu xəlvəti, tülkücəsinə atdığınız yanlış addıma görə xalq və millət bir yaxın zamanlarda sizdən HESAB soracaq. Onda artıq çox gec olacaq. 

Buradan ölkəmin və dövlətimin cavabdeh vəzifəli şəxslərinə səslənərək deyirəm: durdurun bu cavan və səriştəsiz şəxslərin yanlış və zərərli addımlarını. Adı millət vəkili olan deputatlardan xahiş və tələb edirəm ki, MM-in güc strukturları ilə bağlı müvafiq profil komitəsi də bu ciddi narazılığı və narahatçılığı nəzərə alsın. 

P.S. Dəyərli dostlar. Xahiş edirəm bu qeydlərimi də öz səhifə və saytlarınızda maksimum paylasasınız ki, qoy oxusunlar. Bu tarixdir və tarix səhv addım atanları heç vaxt bağışlamır".

Возможно, это изображение (2 человека, люди стоят и текст)Возможно, это изображение (2 человека и текст)Возможно, это изображение (текст «Salam. Harbi qulluqçulara şamil edilan 20% artım Ehtiyatda olan harbi qulluqçuların pensiyalarına şamil olunacaqmı? 7d Beğen Yanıtla Gönderi Sahibi Dövlat Sosial Müdafia Fondu Taleh İsmayıllı Salam. Bildiririk ki, Azarbaycan Respublikası Prezidentinin 23.12.2021-ciil tarixli Farmanına asasan Azarbaycan Respublikasının icra hakimiyyatina mansub müvafiq qurumlarda xidmat edan harbi va xüsusi rütbali şaxslarin aylıq mavacibina vazifa maaşının 20 faizi mablağinda alava müayyan edilmişdir. Qeyd olunan alava pensiya alan harbi va xüsusi rütbali şaxslarin taminat xarcliyinin tarkibinda olmadığından hamin şaxslarin pensiyası yenidan hesablanmır.»)Возможно, это изображение (текст «Dövlet Sosial Müdafia Fondundan T3l3B EDİRİK: -1 yanvar 2013-cü ilden etibaren arzaq pulu 128 manatdan pensiyamıza hesablansın; -her il inflyasiya nazara alınmaqla pensiyalarımız indeksleşdirilsin; -Ölke başçısının 23 dekabr 2021-ci il tarixli Fermanına asasan 20% alava pensiyalarımıza hesablansın. Ehtiyatda νอ istefada olan harbçilar»)

Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top