Ermənistanda yoluxanların sayı 125 minə yaxınlaşır

DÜNYA 21 noyabr 2020, 22:09

Ermənistanda son sutkada 1 293 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 124 839-a yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 31 nəfər artaraq 1 931-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 498-ə yüksəlib. İndiyədək 92 829 pasiyent infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 29 581 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top