Süleyman Soylu: “ABŞ səfirliyi prosedur, ədəb-ərkandan məhrum hərəkət nümayiş etdirdi”

DÜNYA 24 okt 2020, 15:23

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu ABŞ-ın vətəndaşlarının təhlükəsizliyi üçün Türkiyədə konsulluq xidmətlərinin dayandırılması ilə əlaqədar açıqlama verib.


“Haber Global” məlumat verir ki, S.Soylu ABŞ-ın bu davranışını qeyri-etik hərəkət adlandırıb.


“Əlbəttə ki, bəzi kəşfiyyat qiymətləndirmələri ola bilər, ancaq qərarı özünün internet səhifəsindən bəyan edərək başqa ölkəni töhmət altına qoyan bir davranış etikaya uyğun hərəkət deyil”.


“Bir məlumatı paylaşmağın bəzi diplomatik şərtləri var. ABŞ səfirliyi prosedur, ədəb-ərkandan məhrum hərəkət nümayiş etdirdi”, - deyə türkiyəli nazir bildirib.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top