YapiKredi Müraciət Forması
Kriminal Özəl

Uşağa görə ailədə dava düşdü, qadın ərini polisə verdi

Uşağa görə ailədə dava düşdü, qadın ərini polisə verdi

Sumqayıt şəhərində 23 yaşlı oğlan qeyri-rəsmi münasibətdə olduğu həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Lerik rayon sakini, 2003-cü il təvəllüdlü Füzuli qeyri-rəsmi münasibətdə olduğu Qənirə (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı 23 yaşlı oğlan qadının baş, kürək və sol qol nahiyələrinə qəsdən zərbələr endirərək ona xəsarətlər yetirib.

Faktla bağlı Füzuli barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Füzuli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Qənirə onun qeyri-rəsmi həyat yoldaşıdır və onu 2022-ci ildən tanıyır. Onlar qeyri-rəsmi olaraq birlikdə yaşayıblar:

"Bizim münasibətlərimizdən 2025-ci ildə Pərviz adlı bir övladımız dünyaya gəlib. Son zamanlar işdən çıxdığım üçün aramızda problem yaranıb. Hadisə günü evdə olarkən övladım ehtiyatsızlıqdan yerə yıxıldı. Qənirə övladımın yanına çata bilmədiyi üçün ona əsəbiləşərək iradımı bildirdim. Bundan sonra aramızda mübahisə başladı. Mübahisə zamanı Qənirənin baş, kürək və sol qol nahiyələrinə əlimlə zərbələr endirərək onu döydüm".

Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və qadının ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor