Bakının Sabunçu rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində baş verib.
Saatlı rayon sakini, 1982-ci il təvəllüdlü Turan yaşadıqları evdə arvadı Süsən (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı 44 yaşlı kişi əlləri ilə arvadının sifətinin müxtəlif nahiyələrinə şillə zərbələri endirərək döyüb, ona xəsarət yetirib.
Turanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Turan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmişlə barışıb.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli


