"Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibi ilə çəkilən (Trans-Xəzər fiber-optik xəttinin) bir aydan az müddətdə - 2026-cı ilin sonunadək istismara verilməsi nəzərdə tutulur".
Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstanı (CAMCA) birləşdirən regional liderlərin illik görüşü - CAMCA Regional Forumunda deyib
O bildirib ki, bu xətti Avropa ilə Asiya arasında yüksək ötürücülük qabiliyyətinə malik yeni bir əlaqə yaradacaq:
"Biz artıq uzun illərdir ki, bu regional arxitekturanın bir hissəsinə çevrilmişik. Qeyd etdiyim kimi, siyasi ölçü 2025-ci ilin noyabrında Daşkənddə, Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olduqdan sonra daha da dərinləşdi - o, Mərkəzi Asiyadan kənardan bu formata qoşulan ilk ölkə oldu. Bir neçə gün əvvəl isə Mərkəzi Asiya və Azərbaycanın ticarət və investisiya nazirləri ilk dəfə bu formatda görüşdülər.
Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaq və "Made in Central Asia" brendi altında birgə məhsul istehsalını təşkil etmək niyyətindəyik".


