Cəmiyyət

Salyanda prokurorluq işçilərinin peşə bayramı keçirildi — FOTOLAR

Salyanda prokurorluq işçilərinin peşə bayramı keçirildi — FOTOLAR

Salyanda prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd olunub.

Oktyabrın 1-də Salyan rayonunda Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub.

Bu münasibətlə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayon prokuroru Rəşad Mansurov və hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər. Rayon Prokurorluğunun inzibati binasında davam edən tədbirdə çıxış edən Salyan Rayon Prokuroru Rəşad Mansurov Baş Prokurorluğun kollegiyası adından bütün əməkdaşları və veteranları təbrik edib. Çıxışında prokurorluq orqanlarının keçdiyi şərəfli tarixdən, prokurorluğa göstərilən dövlət qayğısından bəhs edərək prokurorluq orqanlarının dövlət orqanları sistemindəki rolunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycan Respublikası Prokurorluğunun bütün əməkdaşlarını prokurorluq orqanlarının peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edərək, dövlətimiz və dövlətçiliyimiz uğrunda həyata keçirdikləri məsuliyyətli, şərəfli ali dövləti fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Rayon rəhbəri çıxışında Müstəqil Azərbaycan dövlətinin hüquq sisteminin formalaşmasında və prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini qeyd edib. Bildirib ki, Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik strategiyası Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Dövlət başçısının prokurorluq orqanlarına göstərdiyi yüksək diqqət və qayğı, bu mühüm təsisatın maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların peşəkarlığının artırılması və fəaliyyətin müasir standartlar əsasında qurulması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan Prokurorluğunun inkişafında mühüm rol oynadığını vurğulayıb. Rüstəm Xəlilov qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması və vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində prokurorluq əməkdaşlarına yeni-yeni uğurlar arzulayıb. Digər çıxış edənlər də prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və gələcək işlərində yeni nailiyyətlər arzulayıblar. Tədbirin yekununda Prokurorluğunun bir qrup əməkdaşı rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif ediliblər.

R
Redaktor