ABŞ-da koronavirusa yoluxan uşaqların sayı artıb

DÜNYA 13 yan 2022, 00:06

ABŞ-da COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən uşaqların sayı artıb.

Bu barədə “CNN” Xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinə istinadən məlumat yayıb.

Ötən ilin sonuncu həftəsində xəstəxanaya yerləşdirilən 5 yaşadək uşaqların sayı əvvəlki həftə ilə müqayisədə 48% çox olub. Pandemiya başlayandan 82 minə yaxın uşaq COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ekspertlərin fikrincə, yeni yoluxmaların əksəriyyəti “Omikron” ştamının sürətlə yayılması ilə əlaqədardır. /apa

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top