Oğurladığı 65 min manatı Bakıda hotellərdə xərclədi

KRİMİNAL 22 dek 2021, 14:21
Salyan rayonunda inşaat materialları mağazasında oğurluq olub.

Demokrat.az xəbər verir ki, hadisə noyabr ayında qeydə alınıb.

Belə ki, İ.Ağayevə məxsus inşaat materialları mağazasından ümumilikdə 65 min manat pul oğurlanıb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mağazanın mühasibi Ruslan Mustafayev saxlanılıb.

İstintaqda ifadə verən R.Mustafayev bildirib ki, həmin pulların bir qismini Bakıda yeyib-içməyə, bahalı hotellərdə gecələməyə xərcləyib.(report.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top