Bakının bu hissəsində “xruşovka”lar sökülür — AÇIQLAMA

SOSİAL 15 noy 2021, 11:53
Bakının Yasamal rayonunda “xruşovka”ların mərhələli şəkildə söküntüsünə başlanılıb.

Demokrat.az xəbər verir ki, hazırda A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli binalardan birində söküntü işi aparılır.

Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov bildirib ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

“Layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənib. Söküntü işini şirkət aparır. Pilot layihə deyil”, - deyə o əlavə edib.(trend.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top