28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı Milli Məclisə təqdim olunmuş Qanun layihəsi cəmiyyətdə müəyyən müzakirələrə səbəb olub. Bir qisim bu dəyişikliyin hansı zərurətdən doğduğunu sual etsə də, başqa bir qisim məsələni siyasiləşdirməkdə, cəmiyyəti çaşdıran mövqedən çıxış etməkdədir.
İlk olaraq məsələnin hüquqi tərəfinə baxaq. Verilən izahatlardan da göründüyü kimi, 18 oktyabr Müstəqillik Günü adlandırılsa da, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub. Bundan başqa, Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixində qəbul etdiyi müvafiq Bəyannamənin adı da “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” adlanır. Yəni burada hər hansı əlavə şərhə yer qalmır. Əslində bu dəyişikliklə bağlı cəmiyyətdə hər hansı fikir haçalanması da mövcud deyil.
Daha çox 28 may Respublika Gününün Müstəqillik Günü adlandırılması üzərində dayanılaraq başqa-başqa məqamlar axtarmağa cəhdlər olunur. Bu dəyişikliyi hüquqi baxımdan dəyərləndirmək üçün “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktından çıxarışa diqqət edilməsi vacibdir. Vurğulanır ki, “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir”.
Bu nə deməkdir?
Açıq-aydın görünür ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının məzmunu və başlığı arasında texniki uyğunsuzluğa yol verilib. Bunun nəticəsində aktın adı “müstəqilliyin bərpası” əvəzinə, “müstəqillik aktı” kimi qəbul edilib. Bununla da nəzərdə tutulan düzəliş, ilk növbədə məhz bu uyğunsuzluğu aradan qaldıracaq.
Amma ortada daha ciddi məsələlər var ki, onları görməzdən gəlib dəyişikliyə siyasi don geyindirilməsi düzgün deyil.
Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən üharibəsində Azərbaycan tarixi qələbəyə imza atıb və ərazi bütövlüyümüz bərpa edilib. Ölkəmizin dünyadakı yeni imici, əldə etdiyi böyük nüfuz, tarixi ərazilərimizin işğaldan qurtarılması yeni reallıq doğurub.
Xüsusi vurğulanmalı məqam odur ki, Vətən müharibəsində tarixi ədalətin bərpası SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılması ilə nəticələnib. Prezidentin imzaladığı müvafiq sənədlə Şərqi Zəngəzur və Qarabaq iqtisadi rayonları yaranıb. Eyni zamanda, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər bu kimi məsələlər aktuallaşıb. Bütün bunlar, Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsi dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması, dövlət müstəqilliyi, milli kimliklə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri edir.
Ən mühüm reallıq budur ki, 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Cümhuriyyət dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləri deyilmi? Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm etmirmi?
Beləliklə, düzəlişlər
- Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin edəcək;
- ermənilərin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının adına istinad edərək, keçmiş DQMV-nin heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmaması və Sovet qanunvericiliyinə uyğun olaraq 1991-ci il 2 sentyabr tarixli referendumla onun tərkibindən ayrılması barədə ortaya atdıqları arqumenti tam sıradan çıxaracaq;
- uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcək.
O nəticə hasil olur ki, dəyişkliklər olduqca zəruridir və həm tarixi, həm hüqiqi, həm siyasi, xüsusən də Azərbaycan dövlətinin gələcəklə bağlı planları baxımından önəmlidir. Bu dəyişikliklərdə başqa məna axtarmaq, siyasi don geyindirmək heç bir arqumentə söykənmir.
Dünyada oxşar nümunə axtaranlar isə Gürcüstanda milli dövlətin doğum gününün “Respublika Günü” deyil, “Müstəqillik Günü” adlandırılmasına, ABŞ-ın öz yaranma tarixini “İstiqlaliyyət gGünü” kimi qeyd eməsinə və başqa ölkələrin nümunələrinə nəzər sala bilər.
Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az