Bakıda avtomobil yeniyetmə qızları vurdu


HADİSƏ 26 sen 2021, 09:35
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Tbilisi prospektində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Allahverdiyeva Nigar Eldar qızını və həmyaşıdı, 2006-cı il təvəllüdlü Sofiyeva Ləman Əhməd qızını vurub. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı N.Allahverdiyevaya sağ körpücük sümüyünün sınığı, L.Sofiyevaya isə bədənin müştərək travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 okt 2021, 14:08
Top