"Cərimələrin və rüsumların artırılması vətəndaşların xeyrinədir" — Çingiz Əsgərov

SOSİAL 25 iyn 2021, 20:05
Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov qanunvericiliyə məhkəmə təhqiqatlarında dövlət rüsumlarının artırılması haqqında düzəlişləri dəstəkləyib.

"Kənardan elə görünə bilər ki, qanun layihəsi məhkəmələrin işini asanlaşdıracaq və onların gəlirini artıracaq, amma, ilk növbədə, o, vətəndaşların hüquqlarının müdafiəsinə yönəlib”, - deyə Əsgərov cümə günü parlamentdə düzəlişlərin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, çox vaxt tərəflər kassasiya şikayətləri zamanı Ali Məhkəməyə heç bir dəlil təqdim etmirlər. Görülən tədbirlər bunun aradan qaldırılmasına yönəlib. Bundan başqa, çox vaxt tərəflərdən biri məhkəməyə gəlmir, bununla da təhqiqatı uzadır.

Əsgərovun iddiasına görə, məhkəmələr rüsumların artırılmasında maraqlı deyil: "Hazırda bu yığımların cəmi 2%-i məhkəmələrə gedir. Baxmayaraq ki, bütün məbləğ onlara verilməlidir. Digər tərəfdən, dövlət rüsumları haqqında qanun aztəminatlı insanları yığımların ödənişindən azad edir”, - deyə Əsgərov yeniliklərin tənqidini "əsassız” adlandırıb.

Cərimələrin təyin edilməsinə gəlincə, bu tədbir təkcə məhkəmə prosesinin tərəflərinə deyil, həm də sənədləri təqdim etməyən inzibati orqanlara aiddir.

"Bu dəqiq əsaslandırma olmadan vəsatət verilməsinə görə cərimədir. Vəsatəti vətəndaş deyil, məhkəmə təhqiqatını süni şəkildə uzatmaq istəyən vəkil verir”, - deyə Əsgərov bildirib.///"Turan"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top