Gürcüstanda ictimai nəqliyyatın işi bərpa olunur

DÜNYA 11 may 2021, 19:07
Mayın 13-dən Gürcüstanda ictimai nəqliyyat fəaliyyət göstərməyə başlayacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərar ölkənin Dövlət Qurumlararası Koordinasiya Şurasının iclasında qəbul olunub.

Digər qərarla həmin gündən etibarən məktəblərdə əyani tədris bərpa olunacaq.

Şura saat 21:00-dan 05:00-dək ölkə ərazisində komendant saatının tətbiqini qüvvədə saxlayıb.

Qeyd edək ki, qonşu ölkədə mayın 4-dən 12-dək tətil günləridir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top