Fərhad Molla-zadə ilə bağlı qərar verildi


HADİSƏ 22 apr 2021, 17:53
Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin İşlər idarəsinin sabiq müdiri Fərhad Molla-zadə, Konsulluq idarəsinin sabiq rəisi Faiq Bağırov və digər vəzifəli şəxsləri Nurupaşa Abdullayev, Səlim Əlizadə və İlqar Əliyevin barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Demokrat.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirləri 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Həmin şəxslər barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.(apa.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 iyn 2021, 20:12
Top