“Misirdə keçirilən Yaxın Şərq Sülh Zirvəsində ABŞ Prezidenti ilə Azərbaycan Prezidentinin görüşü mühüm əhəmiyyət daşıyırdı. Bu, sadəcə diplomatik görüş deyil, bir-birini anlayan iki böyük siyasətçinin qarşılaşması idi”.
Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, ABŞ Azərbaycanın irəli sürdüyü sülh konsepsiyasına dəstək verdi:
“Halbuki, nə Avropa İttifaqı, nə də digər regional aktorlar bu konsepsiya əsasında sülhün əldə olunmasına real töhfə verə bilməmişdilər. Qafqaz kimi mürəkkəb və həssas bir regionda yaranmış sülhün əsas memarı Azərbaycan Prezidentidir və bu uğur ABŞ-ın siyasi dəstəyi ilə mümkün olub.
Tərəflər arasında razılaşdırılmış saziş yaxın zamanda hüquqi sənəd statusu qazanacaq. Bu baş verdiyi halda, dünya siyasətinə və milli maraqlara eyni prizmadan baxan liderlərin görüşü daha səmərəli nəticələr verəcək. Bu görüşdə məqsəd təkcə diplomatik münasibətlərin gücləndirilməsi deyil, sülhə real töhfə vermək və obyektiv dəyərləndirmə aparmaq idi. ABŞ prezidentinin zirvə zamanı səsləndirdiyi bir cümlə tarixdə qalacaq. Tramp dedi ki, Azərbaycan Prezidenti sülhpərvərdir, çalışın, onunla münasibətinizi korlamayasınız. Bu ifadə Azərbaycan Prezidentinin qətiyyətini, xarakterini, sülhpərvərliyini, eyni zamanda mətanətini və cəsarətini ən dolğun şəkildə əks etdirir”.
Leyla Turan
Demokrat.az