Bakıda 2 nəfəri güllələdilər

HADİSƏ 16 oktyabr 2025, 11:26
Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib.

Demokrat.az Bakupost-a istinadən xəbər verir ki, bu gecə baş verən silahlı insident zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər xəsarət alıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Hadisənin motivləri və təfərrüatı araşdırılır.

Hazırda polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri görülür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 oktyabr 2025, 14:24
Top