Avtomobillərini yol kənarıda park edən sürücülərin başına iş gəlib. Belə ki, tikintisi gedən binadan düşən taxta parçaları maşınlara ciddi zərər vurub.
Demokrat.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə paytaxın Nəsimi rayonu ərazisində, "Invest.M Construction" şirkətinə məxsus binanının önündə baş verib.
Sürücü bildirib ki, avtomobilini burada park edib. Qayıdanda isə isə maşınını əzilmiş şəkildə tapıb. Hadisə nəticəsində avtomobilinə min manatdan artıq zərər dəyib.
Eyni cərgədə dayanan digər avtomobilə də ciddi ziyan dəyib, bir çox detalı yararsız hala düşüb.
Məsələ ilə bağlı problemdə adı hallanan tikinti şirkətinin hüquq şöbəsinin müdiri Yavər Yavərzadənin sözlərinə görə, tikinti gedən ərazidə divarlara xəbərdaredici yazılar yapışdırılıb. Buna görə də baş verən hadisəyə görə məsuliyyət daşımırlar.
Qeyd edək ki, şikayətçilər məsələ ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etməyi planlaşdırırlar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: