Balaxanı qəsəbəsində top mərmisi tapılıb — FOTOLAR

HADİSƏ 16 oktyabr 2025, 09:49
Bakı şəhərinin Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində sursat aşkar edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 85 mm-lik BR-365 top mərmisi olduğu müəyyən edilib, zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top