Bakıda silahlı insident: 2 nəfər güllələndi

HADİSƏ 16 oktyabr 2025, 09:55
Bakının Yasamal rayonu ərazisində silahlı insident baş verib.

Demokrat.az Bakupost.az-a istinadən xəbər verir ki, bu gecə Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələnib.

Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Hadisənin motivləri və təfərrüatı araşdırılır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başladılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top