Ermənistanda daha 18 nəfər koronavirusdan öldü

DÜNYA 01 apr 2021, 12:29
Ermənistanda son sutkada daha 1 097 nəfərdə COVID-19 aşkarlanıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 193 736-a çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 18 nəfər artaraq 3 533-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 900 nəfərdir. İndiyədək 173 681 pasiyent infeksiyadan sağalıb.(report.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top