Gürcüstanda koronavirusdan daha 5 nəfər öldü

DÜNYA 28 mar 2021, 11:35
Gürcüstanda ötən sutkada daha 365 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 5 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 280 301-ə, ölənlərin sayı isə 3 751-ə yüksəlib.

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 415 nəfər artaraq 272 219 olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top