Ermənistanda COVID-19-dan ölənlərin sayı 3 114-ə çatdı

DÜNYA 06 fev 2021, 12:37
Ermənistanda son sutkada 211 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 167 937-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 114-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 779 nəfərdir. İndiyədək 159 577 pasiyent infeksiyadan sağalıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top