Baydendən ilk gözdağı: B-52 Fars körfəzində — FOTO

DÜNYA 27 yan 2021, 23:01
ABŞ-ın B-52 bombardmançı təyyarəsi Luizanada yerləşən hərbi bazadan Yaxın Şərqə fasilə vermədən uçuş həyata keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, B-52 Səudiyyə Ərəbistanına məxsus F-15 qırıcları ilə birgə Fars körfəzi üzərində patrul uçuşu edib.

Qeyd edək ki, B-52 bombardmançısı Prezident Baydenin vəzifəyə başlamasından sonra ilk dəfə Fars körfəzi üzərində uçub. /axar.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top