Bakıda təndir çörəyinin qiyməti bahalaşdı

HADİSƏ 27 yan 2021, 21:17
Bakının bir sıra ərazilərində təndir çörəyinin qiyməti bahalaşıb.

Demokrat.az
əməkdaşının apardığı müşahidələr nəticəsində məlum oldu ki, paytaxt təndirxanalarında daha əvvəlki qiymətə çörək tapmaq çox müşkül görünür. 

Əsasən 50 qəpiyə aldığımız və bu qiymətə öyrəşdiyimiz təndir çörəyi indi 60 qəpiyə satılır. Qiymət artımı olmayan yerlərdə isə daha çox çörəyin çəkisində fərq var. 

Maraqlıdır ki, bahalaşma isə təkcə Bakıda deyil, paytaxtın ətraf yerlərində, Abşeron rayonunda da müşahidə edilməkdədir. 
Vaqif 
Demokrat.az




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top