Ölkədə ən çox baxılan telekanallar açıqlandı — SORĞU

SOSİAL 22 dek 2020, 13:32
Vətən müharibəsi dövründə ölkə Prezidentinin xarici kütləvi informasiya vasitələrinə müsahibələri informasiya müharibəsində çox önəmli yer tutub. Respondentlərin 80 faizdən artığı bunun qələbəmizdə əhəmiyyətli rol oynadığını bildirib.

Bu barədə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Vətən Müharibəsi mövzusundakı brifinqdə deyib.

Onun sözlərinə görə, əhalinin 67,3 faizi xarici auditoriya ilə yanaşı ölkə Prezidentinin xalqı mütəmadi məlumatlandırmasını informasiya siyasətinin mühüm nəticəsi kimi qeyd edib. 

Eləcə də, əlavə edilib ki, 44 gün davam edən müharibə dövründə 90,4 faiz respondentin qənaətinə görə televiziyalarımız əhalinin əsas informasiya mənbəyi kimi çıxış edib. Bu dövrdə ən çox baxılan televiziya kanalı 62,6 faizlə AzTV olub. İkinci baxımlı kanal isə 60,2 faizlə ATV kanalı olub. Xəzər TV 59,8 faiz, Real TV isə 42,2 faiz rəy toplayıb.

Vurğulanıb ki, bu nisbət hazırki dövrdə dəyişmiş ola bilər. Bu, kütləvi informasiya vasitələri haqqında ayrıca götürülmüş rəy sorğusu deyil.

Eləcə də, informasiya mənbələri sırasında Prezident İlham Əliyevin sosial şəbəkə hesabları önəmli yer tutub. Xüsusilə, Prezidentin “Twitter” hesabını məlumat almaq üçün izləyən repondentlərin sayı 79 faizdir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top