Fransada koronavirusdan ölənlərin sayı 57 mini ötdü

DÜNYA 13 dek 2020, 11:32
Fransada COVID-19 koronavirusuna yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı artmaqda davam edir.

Demokrat.az xəbər verir ki, ölkədə koronavirus infeksiyasına 13 947 yeni yoluxma faktı qeydə alınıb.

Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 194 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 2 348 795 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 57 210 nəfər vəfat edib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top