ÜST-dən koronavirusun üçüncü dalğası ilə bağlı XƏBƏRDARLIQ

DÜNYA 22 noy 2020, 19:18

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti David Navarro gələn ilin əvvəlində Avropada koronavirus pandemiyasının üçüncü dalğası barədə xəbərdarlıq edib.

 

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, ekspert ilk dalğadan sonra yay aylarının nisbətən sabit keçdiyini və həmin dövrdə Avropada müvafiq infrastrukturun yaradılmadığını diqqətə çatdırıb. Məhz buna görə də hazırda ikinci dalğa Avropada tüğyan edir.


Həyata keçirilən sərt karantin rejimi nəticəsində infeksiyanın yayılmasının qarşısı alınmasına səy göstərilir, lakin karantin qaydaları yumşaldılandan sonra növbəti problem meydana çıxa bilər. Əgər Avropada lazımi tədbirlər görülməsə və pandemiyanın nəzarət altına alınması üçün müvafiq infrastruktur işləri aparılmasa, o zaman gələn ilin əvvəlində üçüncü dalğa qaçılmaz ola bilər.


D. Navarro Avropa hökumətlərini yaydakı səhv və səhlənkar yanaşmanı təkrarlamamağa və arxayın düşməməyə, mümkün üçüncü dalğaya qarşı qətiyyətli addımlar atmağa çağırıb. (qafqazinfo)



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top