Estoniya prezidenti özünü təcrid etdi

DÜNYA 10 noy 2020, 22:16

Estoniya prezidenti Kersti Kalyulayd koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə prezidentin yaydığı məlumatda deyilir.


“Cümə günü Vilyandiyə səfər zamanı daha sonra COVID-19 diaqnozu qoyulmuş adamla görüşdüm. Yaxın təmas sayıldığımdan bazar etəsinə (16 noyabr) qədər təcrid olunacağam”, - o, feysbukdakı səhifəsində yazıb.


K.Kalyulaydın sözlərinə görə, onun bu həftə keçirilməsi planlaşdırılan bütün şəxsi görüşləri təxirə salınıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top