Livanın Prezidenti Mişel Aun baş nazir vəzifəsinə Saad əl-Həririni təyin edib.
Demokrat.az xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.
Bildirilib ki, siyasi məsləhətləşmələrdə iştirak edənlərin çoxu əl-Həririni dəstəkləyib.
Onun başlıca vəzifəsi hökuməti formalaşdırmaqdır. əl-Həririnin sələfi Mustafa Adib İranyönlü “Hizbullah” təşkilatı və “Amal” hərəkatının tələbi səbəbindən hökumət qura bilmədi. Bu qurumlar maliyyə naziri postunun onlara verilməsini istəyirdi.
Qeyd edək ki, Saad əl-Həririyə hökuməti formalaşdırmaq üçüncü dəfədir həvalə olunur.(report.az)