“İbrahim Sazişləri son zamanlar İsrail mediasında və düşüncə mərkəzlərində tez-tez gündəmə gətirilir. Müzakirə olunan əsas məsələlərdən biri də Azərbaycanın bu sazişlərə qoşulmasıdır. Hətta Knessetdə belə mövzu gündəliyə bir neçə dəfə çıxarılıb. Görünür ki, İsrail bu təşəbbüsü dəstəkləyir və ABŞ-ın da fəallıq göstərməsini arzulayır”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
O, bildirib ki, İbrahim Sazişləri ilk dəfə Donald Trampın prezidentliyi dövründə, 2020–2021-ci illərdə imzalanıb:
"Həmin razılaşmalar İsrail ilə əvvəllər diplomatik əlaqəsi olmayan bəzi müsəlman ölkələri – Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeş arasında həyata keçirilib. Bu sazişlər yalnız diplomatik münasibətlərin qurulması ilə məhdudlaşmayıb, həm də ticarət əlaqələrini genişləndirib və ABŞ-ın həmin ölkələrə dəstəyini təmin edib".
Onun sözlərinə görə, Azərbaycan üçün bu təşəbbüsə qoşulmaq daha çox ABŞ-la münasibətlərin dərinləşdirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli ola bilər:
"Lakin Azərbaycan–İsrail münasibətləri kontekstində İbrahim Sazişlərinin böyük irəliləyiş sayılması doğru olmaz. Çünki bu sazişlər İsrail ilə əvvəllər diplomatik əlaqələri olmayan dövlətlərlə bağlanıb. Halbuki Azərbaycan 1992-ci ildən İsraillə diplomatik münasibətlər qurub və hazırda iki ölkə arasında enerji, kənd təsərrüfatı, təhlükəsizlik sahələrini əhatə edən strateji tərəfdaşlıq mövcuddur. Azərbaycan İsrailə neft ixrac edir, əvəzində İsraildən hərbi texnika alıb".
Politoloq bildirib ki, ona görə də Azərbaycan, İsrail və ABŞ arasında yeni əməkdaşlıq platforması yaranarsa, ona “İbrahim Sazişləri” deyil, məsələn “Xəzər Sazişi” adı verilməsi daha məqsədəuyğun olardı:
"Çünki bu regionda həm Xəzərin geosiyasi əhəmiyyəti var, həm də ABŞ və İsrailin xüsusi maraqları mövcuddur. Üstəlik, tarixən Xəzər bölgəsində yaşayan türklərin yəhudiliyi qəbul etməsi də Azərbaycan ilə İsrail arasında maraqlı ortaq məqam yaradır".
Politoloqun sözlərinə görə, İsrailin İbrahim Sazişlərini Mərkəzi Asiyaya doğru genişləndirmək istəyi də nəzərə alınarsa, “Xəzər Sazişləri” adı altında yaradılacaq platforma gələcəkdə Mərkəzi Asiya dövlətlərinin də prosesə qoşulmasını daha real göstərə bilər.
Əfsanə Kamal
Demokrat.az