Sentyabr ayında Ay, Günəş və Veneranın tutulması baş verəcək.
İlk olaraq sentyabrın 7-də tam Ay tutulması olacaq. Tam tutulma fazası 1 saat 22 dəqiqə (Bakı vaxtı ilə 21:30-dan 22:52-yə qədər) davam edəcək.
Bildirilir ki, belə anlarda Yerin peyki rəngini dəyişə və qırmızımtıl çalar ala bilər.
"Sentyabrda üç tutulma - Ay, Günəş və Venera tutulmaları müşahidə olunacaq. Rusiya və MDB ölkələri sakinlərinin əksəriyyəti Ay tutulmasının bütün fazalarını müşahidə edə biləcəklər", -Moskva planetarisinin məlumatında deyilir.
Tutulmanın maksimumu Bakı vaxtı ilə 22:12-də müşahidə edilə biləcək. Bu hadisənin bütün fazaları təxminən 5,5 saat davam edəcək. Hadisəni həmçinin Antarktida, Avstraliya, Okeaniya, Asiya, Afrika və Avropada görmək mümkün olacaq. Həmin vaxt Ay Dolça bürcündə olacaq. (Teleqraf.az)