"Məktəb avrobusları" artıq bir neçə ildir ki, müzakirə mövzusudur. Dövlət Proqramında da bu təsdiq edilib. Ümid edirik ki, yaxın gələcəkdə olacaq. Düzdür, indi bəzi özəl məktəblərin avtobusları var, amma dövlətin balansında olan məktəblərdə də xüsusən ibtidai sinif şagirdlərinin daşınmasını həyata keçirən avtobusların olması, xüsusə avtobus parkının yaradılması zəruridir".
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. O bildirib ki, məktəb avrobuslarının olması ilk növbədə ibtidai sinif şagirdlərinin təhlükəsiz daşınmasını təmin edəcək:

"İkincisi, yollarda tıxacların, sıxlığın azalmasına təsir göstərəcək.
Bu qərarı ancaq müsbət dəyərləndirirəm, mənfi tərəfini görmürəm. Düşünürəm ki, məktəb avtobuslarının olması qanunvericilikdə də müəyyən dəyişikliyə ehtiyac yaradacaq. Belə ki, yol hərəkəti haqqında qanunda dəyişilikliyə ehtiyac olacaq ki, sürücülər məktəb avtobusu dayanan zaman üstünlüyü həmin avtobusa versinlər".
Qeyd edək ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində şagirdlərin rahat və təhlükəsiz daşınması məqsədilə “Məktəb avtobusları”ndan istifadənin təşkili nəzərdə tutulur.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, layihənin ilk mərhələsində Bakı şəhərində müəyyən məktəblərdə pilot tətbiq həyata keçiriləcək.
Cavidan Mirzəzadə
Demokrat.az