"Əvvəlcə onu qeyd edim ki, dünyanın heç bir yerində ödənişsiz təhsil yoxdur. Azərbaycanda da bunun iki forması var - ya sən öz hesabına təhsil alırsan, ya da sənin təhsil haqqını dövlət qarşılayır. Hər iki halda ödənişsiz olmur. Amma bir məsələ var ki, ödənilən pul təhsilin keyfiyyətinə adekvat olmalıdır. Bu gün dünyada ən çox pul tələb edən ixtisas tibbdir. Çünki xüsusi avadanlıqlar, laboratoriya, xəstəxana, infrastruktur tələb edir".
Bunu Demokrat.az-a açıqlamasında təhsil üzrə ekspert Elmin Nuri deyib. O bildirib ki, Tibb Universitetindəki təhsil haqqları ilə oradakı imkanlar adekvat deyil:

"Məsələn, Türkiyəyə baxaq. Oradakı infrastrukturla, imkanlarla tanış olanda düşünürsən ki, bəli, burada təhsil haqqı məhz belə də olmalıdır. Amma biz bunu bizim Tibb Universiteti üçün deyə bilərikmi? Mən bu universiteti bitirənlərin sosial şəbəkələrdə yazdıqlarına baxıram, deyirlər ki, mən oranı yenidən oxusam, 6500 azn vermərəm. Bunu mən demirəm, sırf o universiteti yaxın illərdə bitirən məzunlar deyir. Od olmayan yerdən, tüstü çıxmaz.
Bugünkü reallıqda 6500 azn çox bahadır. Onsuzda baha idi, 4500 idi. Hər il artsa, görəcəyik 10 min manata çatıb. Tibb sahəsində oxumaq istəyən bir çox intellektual gənclər var, yüksək bal toplayıblar, amma ödənişliyə düşəcəklər deyə üzgündülər".
Cavidan Mirzəzadə
Demokrat.az