Qida mütəxəssisi: Dönər ən riskli qidalardan biridir

GÜNDƏM 21 avqust 2025, 17:40
“Dönər ən riskli qidalardan biridir. Çünki həm ətin keyfiyyəti, həm də hazırlanma və saxlanma şəraiti ciddi rol oynayır”.

Bunu Demokrat.az-a açıqlamasında qida mütəxəssisi Aytən Rəhimova deyib.

O qeyd edib ki, ət vaxtında soyuducuda saxlanmırsa və ya bişirilmə prosesi gigiyenik qaydalara uyğun aparılmırsa bakteriyalar çoxalır:

“Bu da qısa zamanda kütləvi zəhərlənməyə səbəb olur. Dönərdə istifadə olunan tərəvəzlərin yaxşı yuyulmaması, sousların soyuducudan kənarda saxlanması da təhlükəni artırır. Təəssüf ki, bir çox iaşə müəssisəsində sürətli qazanc naminə bu məqamlara ciddi riayət edilmir. Nəticədə, onlarla insan eyni vaxtda zəhərlənə bilir. İstehlakçılar hər zaman yemək aldıqları məkanın təmizliyinə diqqət etməlidirlər. Ət tam bişməyibsə, tərəvəzlər solğun görünürsə və ya souslarda şübhəli dad varsa, belə məhsuldan imtina etmək lazımdır. Qida qəbulundan sonra baş ağrısı, ürəkbulanma, qarın ağrısı və ishal kimi əlamətlər müşahidə olunarsa, dərhal həkimə müraciət etmək həyati vacibdir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 avqust 2025, 18:42
Top