“Körfəz və Yaxın Şərq bölgəsindəki geosiyasi gərginliklər və iqtisadi çətinliklər Azərbaycana turist axınının azalmasına birbaşa və dolayı təsir göstərə bilər”.
Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.
O, bildirib ki, neft qiymətlərinin dəyişkənliyi və bəzi Körfəz ölkələrindəki büdcə kəsirləri sosial-iqtisadi gərginlik yaradır:
"Bu vəziyyət orta təbəqənin səyahət imkanlarını məhdudlaşdırır. Lüks səyahətlərdən imtina edən turistlər daha ucuz və yaxın alternativlərə üstünlük verirlər".
Ekspert bildirib ki, münaqişələr və təhlükəsizlik narahatlıqları da mühüm amildir:
"Yaxın Şərqdəki hərbi-siyasi gərginliklər və daxili iğtişaşlar (məsələn, Yəmən, İraq, Suriya bölgələrində) vətəndaşların ölkə xaricinə çıxışına təsir edə bilər. Eyni zamanda, təhlükəsizlik səbəbilə daxildə belə səyahət etməyə üstünlük verməyən əhali sayı artır".
Onun sözlərinə görə, sosial və iqtisadi qeyri-sabitlik insanların istirahət və turizmə marağını ikinci plana keçirir:
"Beləliklə, yerli istehlaka və qənaətə üstünlük verilir ki, bu da xaricə turist axınının azalmasına səbəb olur.Bütün bu faktorlar nəticə etibarilə Azərbaycana və digər regionlara turist marağını azalda bilər. Bu şəraitdə Azərbaycanda marketinq strategiyalarının yenilənməsi, vizasız rejimin genişləndirilməsi, endirimli turizm paketləri və alternativ bazarlara çıxış kimi addımlar xüsusi əhəmiyyət kəsb edir".
Əfsanə Kamal
Demokrat.az