Prezident Donald Tramp Azərbaycan və Ermənistanı birləşdirəcək infrasturktur planını açıqlayacaq.
AzPost bildirir ki, bu barədə ABŞ Dövlət Departamentində akkreditasiyası olan azərbaycanlı jurnalist Aleks Raufoğlu yazıb.
“Ağ Evdə keçiriləcək Sülh Sammitində Ermənistan və Azərbaycanı birləşdirəcək “Tramp marşrutu” adlnan infrastruktur planı açıqlanacaq”.
A.Raufoğlu bildirib ki, ABŞ, Azərbaycan və Ermənistan liderlərinin görüşü ərəfəsində bir sıra yüksək vəzifəli şəxslərlə danışıb və bu barədə məlumat əldə edib.
Qeyd edək ki, cümə günü Vaşinqtonda ABŞ prezidenti Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
Görüşdə iki ölkə arasında sülh sazişi müzakirə olunacağı gözlənilir.