Tayvan sahillərində zəlzələ baş verib

DÜNYA 07 avqust 2025, 15:11
Tayvan adasının şərqində 5.9 bal gücündə zəlzələ qeydə alınıb.

Demokrat.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.

Məlumata görə, zəlzələnin episentri Kilun şəhərindən 140 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 105 km dərinlikdə olub.

İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top