"Çimərliklərdə uşaqların infeksion xəstəliklərinə yoluxması ilə bağlı ancaq rəsmi statistikaya istinad edə bilərik".
Bunu Demokrat.az-a açıqlamasında infeksionist Adil Qeybulla deyib.
Onun sözlərinə görə, çimərliklərdə mütəmadi monitorinqlər aparılmalıdır:
"Bu çimərliklər tam özəl olsa belə, sanitar-gigiyenik normalara daim əməl edilməsinə nəzarət edilməlidir. Müxtəlif müvafiq orqanlar tərəfindən su yoxlanmalı, dəniz suyunda olan müxtəlif çirkləndiricilər, heyvan qalıqları təmizlənməlidir".
Ekspert bildirib ki, Xəzər dənizinin gigiyenası bu gün heç ürəkaçan durumda deyil:
"Bir tərəfdən dəniz suyunun azalması, dənizin quruması, digər tərəfdən də onun adekvat çirklənməsi narahatlıq doğurur".
Qeyd edək ki, Gigiyena və Epidemiologiya Mərkəzi hazırda Abşeron yarımadasında, şimal və cənub rayonlarındakı çimərliklərdə monitorinqləri davam etdirir.
Əfsanə Kamal
Demokrat.az