Bu yay neçə nəfəri gün vurub? — RƏSMİ AÇIQLAMA

SOSİAL 26 sentyabr 2025, 12:14
Bu ilin yay mövsümündə (iyun, iyul, avqust) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ölkə üzrə 100-ə yaxın şəxsin müraciəti qeydə alınıb.

Bu barədə Demokrat.az-a TƏBİB-dən məlumat verilib.
 
Bildirilib ki, daxil olan müraciətlərdən 76-sı Bakı şəhəri üzrə olub və onlardan 36 nəfər aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya edilib.

Digər 35 nəfərə yerində tibbi yardım göstərilib, 5 nəfər isə hospitalizasiyadan imtina edib.

Eyni zamanda günvurma ilə əlaqədar Sumqayıt, Şirvan, Salyan, Siyəzən, Astara, Zaqatala, Qəbələ, Quba, Qax, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala, Zaqatala və s. bölgələrdən də 23 nəfərin çağırışı daxil olub. Onlardan 13 nəfərə yerində tibbi yardım göstərilib, 10 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sentyabr 2025, 13:20
26 sentyabr 2025, 13:04
26 sentyabr 2025, 12:58
26 sentyabr 2025, 11:59
26 sentyabr 2025, 11:40
Top