"BMT coğrafi adları təsdiqləyən orqan deyil, yəni o, sadəcə olaraq ölkənin öz təqdim etdiyi rəsmi adıı qəbul və qeyd edir. Ölkə adlarının dəyişməsi halında isə bu dəyişiklik BMT-yə rəsmi nota ilə bildirilir, məsələn, “Makedoniya”nın “Şimali Makedoniya” adını alması kimi".
Demokrat.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu bir sıra coğrafi adların yazılışında mübahisələrlə bağlı Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayev bildirib.
"Çernoqoriya hökuməti rəsmi olaraq bütün dillərdə adının “Montenegro” kimi yazılmasını xahiş edib. Bu, mümkündür, lakin bu qərarıla bərabər, hər dövlət və beynəlxalq təşkilat öz dil qaydalarına uyğun olaraq verməkdə sərbəstdir. Amma ölkələr öz istəkləri ilə beynəlxalq təşkilatlara adlarının müəyyən formada işlədilməsini tövsiyə edə bilərlər. Məsələn, “Koreya Respublikası” adının “South Korea” deyil, rəsmi formada istifadə olunması təklifi kimi", - deyə ekspert qeyd edib.
"Əgər dəyişən coğrafi ad ölkənin daxilində yerləşən bir bölgəyə və ya şəhərə aiddirsə, həmin ölkə bu adı öz rəsmi sənədlərində və xəritələrində dəyişməkdə sərbəstdir. BMT-nin bu cür daxili adlara müdaxilə səlahiyyəti yoxdur. Lakin bu ad beynəlxalq səviyyədə tanınırsa (xüsusilə mübahisəli ərazi və ya paytaxt statusu daşıyırsa), BMT-yə və beynəlxalq təşkilatlara məlumat verilməsi praktikasımövcuddur", - deyə Natiq babayev vurğulayıb.
O əlavə edib: "Fars körfəzi nümunəsinə diqqət yetirək. Onun adı ilə bağlı beynəlxalq mübahisələr olub. Lakin Fars körfəzinin adı tarixi-hüquqi sənədlərdə rəsmi olaraq tanınır. BMT-nin Coğrafi Adlar üzrə Ekspertlər Qrupu da “Persian Gulf” (Fars körfəzi) formasını qəbul etmişdir. Bəzi ərəb ölkələri bu adı “Ərəb körfəzi” kimi dəyişməyə çalışsalar da, bu beynəlxalq səviyyədə qəbul olunmayıb".