Çində asma körpü uçdu — Ölənlər var

DÜNYA 07 avqust 2025, 09:59
Çinin şimal-qərbindəki Sincan-Uyğur vilayətindəki asma körpü uçub.

Demokrat.az  “XinJang” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb, 24-ü yaralanıb.

Muxtar Prefekturanın Zhaosu rayonunda körpünün asma kabellərindən biri qoparaq göyərtənin əyilməsinə səbəb olub. Ümumilikdə 29 nəfər körpüdən yıxılıb.

Xəsarət alanlardan 22-si yüngül, ikisi isə ağır yaralanıb. Bütün yaralılar tibbi yardım üçün dərhal yerli xəstəxanalara çatdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top