Hansı qrupda hansı ixtisasın balı artacaq? — Ekspert AÇIQLADI

GÜNDƏM 07 avqust 2025, 12:20
“Bu il ixtisas seçimində kodlaşdırma edən bəzi "təhsil ekspertləri" hay-küy salır, özlərini bilən adam kimi göstərərək deyirlər ki, bütün qruplar üzrə keçid balları artacaq. Əvvəla, qrupun balı qalxmır, ixtisasın balı qalxır. Məsələn, II ixtisas qrupunda ola bilər ki, bir ixtisasın balı qalxsın, digəri yox. Bu, ixtisas seçimi zamanı həmin ixtisasa müraciət edən şəxslərin sayından asılıdır. Ona görə bu məsələlər nisbidir".

Bunu Demokrat.az-a açıqlamasında təhsil üzrə ekspert Elmin Nuri deyib. O bildirib ki, müşahidələri əsasında qruplarda bu ixtisaslara çox maraq olacağını deyə bilər:



“Bu, III ixtisas qrupunda hüquqşünaslıqdır. Xüsusən bu ixtisasa bu il olan maraq ötən illərə nisbətdə kəskin şəkildə artıb. Həmçinin bu qrupda beynəlxalq münasibətlərə və bəzi pedaqoji ixtisaslara maraq artıb. Pedaqoji ixtisaslarda balların artması onunla əlaqədardır ki, plan yerlərinin azalacağı gözlənilir.
II qrupda yenə də iqtisadi yönlü ixtisaslardır. I ixtisas qrupunda riyaziyyat-informatika alt qrupuna aid olan kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi kimi ixtisaslardır. Bunların daha çox ingilis dili bölmələrinə maraq var və balların artacağı gözlənilir.
IV qrupda məlumdur ki, tibb ixtisaslarına maraq olacaq. Ümumilikdə isə V ixtisas qrupundan başqa heç bir qrupda kəskin bal artımı görməyəcəyik, buna tam arxayın ola bilərik".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top